Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İlham Əliyev

İlham Əliyev Ərdoğanı təbrik edib 

İlham Əliyev Ərdoğanı təbrik edib 

Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. 

İlham Əliyev “Şəfəq” GES-ə gedən avtomobil yolunun açılışında - FOTO

İlham Əliyev “Şəfəq” GES-ə gedən avtomobil yolunun açılışında - FOTO

Prezident İlham Əliyev oktyabrın 28-də Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir.

Cəbrayılda 2 və 3-cü yaşayış komplekslərinin təməli qoyulub - FOTO

Cəbrayılda 2 və 3-cü yaşayış komplekslərinin təməli qoyulub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub. Primeinfo.az xəbər verir ki, ikinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək.

Prezident Cəbrayıl şəhər məscidinin təməlini qoyub - FOTO

Prezident Cəbrayıl şəhər məscidinin təməlini qoyub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməlini qoyub. Primeinfo.az xəbər verir ki, “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq.

Prezident Cəbrayılda kəndin açılışında - FOTO

Prezident Cəbrayılda kəndin açılışında - FOTO

Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib.

Prezident Sabirabadda pambıq emalı zavodunda - FOTO

Prezident Sabirabadda pambıq emalı zavodunda - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub. Primeinfo.az xəbər verir ki, 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan “Taşobası” MMC-nin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur. Zavodun layihə dəyəri 3,3 milyon manatdır.