Azərbaycanın İslam İnkişaf Bankına üzv olduğu 1992-ci ildən bəri, 30 ildən artıq müddəti əhatə edən əməkdaşlıq çərçivəsində İslam İnkişaf Bankı Qrupu ölkəmizdə iqtisadiyyatın əsas sektorları – kənd təsərrüfatı, enerji, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri daxil olmaqla, təxminən 1,8 milyard ABŞ dolları həcmində maliyyələşmə həyata keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, maliyyələşdirilən layihələrin əksəriyyəti artıq tamamlanıb.
Mən yalnız şərəf duymuram, həm də İslam İnkişaf Bankında mənə və komandama göstərilən etimada görə dərin minnətdarlıq hissi keçirirəm. Primeinfo.az xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casser Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankı Qrupunun sədri ilə açıq söhbət formatında görüş” adlı sessiyada bildirib. O bildirib ki, İdarəedici Şuralar tərəfindən yenidən seçilməsi onun üçün həm şərəf, həm də böyük məsuliyyətdir: “İdarəedici şuralar mənim namizədliyimi təsdiqlədilər, deməli, görünür, məndən tam narazı deyillər.
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim edib. Primeinfo.az xəbər verir ki, Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.
Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri müzakirə olundu.