Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın Portuqaliyada Səfirliyi TƏSİS EDİLİB

19.06.2026 13:26

Azərbaycanın Portuqaliyada Səfirliyi TƏSİS EDİLİB

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyi təsis edilib.

Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Eyni zamanda Prezident İlham Əliyev Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə Sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Paylaş: