Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısının açılış mərasiminə dair videomaterial paylaşılıb.
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir.
Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun Illik Toplantısı çərçivəsində yeni sənədlər imzalanıb. Primeinfo.az xəbər verir ki, imzalanma toplantının açılışı mərasimində baş tutub. Tədbirdə “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Çərçivə (Kredit) sazişi, “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Qrant Sazişi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Azərbaycan cəmi 35 ildir ki, müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib. Daha sonra ölkənin sabit inkişafının təmin edilməyə başladığını söyləyən dövlətimizin başçısı deyib ki, bu, hər bir ölkənin uğurunun əsasıdır.
Biz infrastruktura çox böyük sərmayələr yatırırıq. Nəinki ölkə daxilində infrastruktura diqqət yetiririk, eyni zamanda, ölkənin hüdudlarından kənarda, beynəlxalq ölçüyə malik infrastruktur layihələri ilə məşğul oluruq.