Xəbər axtarın

Son axtarış nəticələri:

Belarus Ukraynaya NOTA VERDİ

18.06.2026 17:00

Belarus Ukraynaya NOTA VERDİ
Belarus Xarici İşlər Nazirliyi Ukraynanın respublikadakı müvəqqəti işlər vəkili İvan Novitskini çağırıb.

Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ona Bryansk vilayətində Ukrayna pilotsuz təyyarəsinin mülki avtobusa hücumu ilə bağlı etiraz notası təqdim edilib.

“Minsk Ukrayna tərəfindən baş verənlərlə bağlı hərtərəfli izahat verilməsini, dərhal və obyektiv araşdırma aparılmasını və bütün məsul şəxslərin məsuliyyətə cəlb edilməsi barədə məlumat verilməsini tələb etdi”, – deyə o bildirib.

Xatırladaq ki, iyunun 17-də Rusiyanın Bryansk vilayətindəki A240 magistral yolunda Qomeldən uşaq futbol komandasını daşıyan avtobusa dron hücum edib. Nəticədə bir qadın xidmətçi həlak olub, altısı azyaşlı olmaqla səkkiz nəfər yaralanıb.

Paylaş: