Xəbər axtarın

Son axtarış nəticələri:

Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib - FOTO

18.06.2026 17:44

Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib - FOTO

Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 18-də Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, iclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri “Vətən Müdafiəçiləri” abidəsini ziyarət edərək abidənin önünə əklil qoyub, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

Komitənin növbəti iclasında MDB məkanında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, sülhün və təhlükəsizliyin təmin olunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

İclasda çıxış edən Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Cənubi Qafqazda yaranan hərbi-siyasi vəziyyət və tarixi ədalətə əsaslanan yeni reallıq, habelə Avrasiya təhlükəsizliyi haqqında danışıb.

Paylaş: