İsveçrə Venesuelanın sabiq prezidenti Nikolas Maduroya məxsus aktivləri dondurub. Primeinfo.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb. Bildirilib ki, bu qərar dərhal qüvvəyə minib və dörd il müddətinə qüvvədə qalacaq.
İsveçrədə Kran-Montana kurortundakı barda baş verən və 40 nəfərin həyatına son qoyan yanğından sonra 9 yanvar tarixi milli matəm günü elan ediləcək. Primeinfo.az-ın məlumatına görə, bu barədə konfederasiya prezidenti Gi Parmelin “Tages-Anzeiger” qəzetinə müsahibəsində bildirib. Prezident həmin gün nəzərdə tutulan xatirə mərasimində iştirak etməyi də planlaşdırır.
İsveçrənin Vallis kantonunda yerləşən məşhur Krans-Montana xizək mərkəzində partlayış nəticəsində onlarla insan həlak olub, çox sayda şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Azərbaycan Xarici İşlər Nazirliyi İsveçrənin Krans-Montana şəhərində baş verən faciəvi yanğınla əlaqədar başsağlığı verib.
19-21 noyabr tarixlərində İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyi keçirilib. Primeinfo.az xəbər verir ki, yarış milli komandamızın parlaq çıxışı ilə yadda qalıb. Belə ki, taekvondoçularımız mötəbər yarışda ümumilikdə 5 medal (2 qızıl, 1 gümüş, 2 bürünc) əldə ediblər.