Rusiya yükdaşıma bazarı artan xərclər və azalan gəlirlilik səbəbindən şirkətlərin kütləvi şəkildə iflas olması ilə üzləşib. Primeinfo.az xəbər verir ki, bu barədə “AvtoGruzEx” assosiasiyası məlumat yayıb. Məlumata görə, təxminən 6700 yük daşıma şirkəti ləğv və ya iflas prosesindədir ki, bu da artıq təchizat çatışmazlığına səbəb olub: “Nəqliyyatın orta qiyməti kilometrə görə 85-86 rubla qədər artıb, tariflər isə təxminən 75 rubl təşkil edir.
Kanada Rusiya əleyhinə əlavə sanksiyalar tətbiq edib. Primeinfo.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bəyanat verib. Sanksiya siyahısına Rusiyaya məxsus 11 qurum və 13 şəxs daxil edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin danışıqların yekunları üzrə “strateji tərəfdaşlıq və müttəfiqlik haqqında” Bəyannamə imzalayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. “Dövlət başçıları Rusiya Federasiyası və Qazaxıstan Respublikasının dövlətlərarası əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçidi haqqında Bəyannaməni imzalayıblar”, – məlumatda bildirilib.
Avropa ölkələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşır. Primeinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. “Faktları təhlil etdikcə, Avropa və Rusiya arasında müharibə getdikcə daha aydın görünür.
Ukrayna Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” neft-kimya zavoduna PUA-larla hücum edib. Primeinfo.az xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat yayıb. Məlumata görə, hücum nəticəsində zavodda yanğın baş verib.
Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində beş yaşayış məntəqəsinin yaxınlığındakı mövqelərdən geri çəkilməyə məcbur olub. Prmeinfo.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı qüvvələrinin Cənub müdafiə qüvvələrinin spikeri Vladislav Voloşin deyib. “Kütləvi hücumlar, gündə 400-dən çox artilleriya atəşi və sığınacaqların dağıdılması səbəbindən qoşunlarımız Novouspenevski, Novoye, Oxotniçeqo, Uspenka və Novonikolayevkadan geri çəkilməyə məcbur oldular.
Rusiyanın Odessa bölgəsinə hücumu zamanı PUA-lardan biri Rumıniya ərazisinə düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, PUA Ukrayna sərhədidən 5 km aralıdakı Qrindu kommunası rayonu ərazisinə düşüb.
Rusiyanın Saratov vilayətinə PUA hücumu edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Saratovdakı neft emalı zavoduna zərbələr endirib.
Rusiyanın Penza və Saratov hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib. Təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Pakistanın Baş naziri Şahbaz Şərifin 2026-cı ilin birinci rübündə Rusiyaya səfərinə hazırlıq gedir. Primeinfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Pakistanın Moskvadakı yeni səfiri Faysal Niyaz Tirmizi Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşündə bildirib. “Biz baş nazirin 2026-cı ilin birinci rübündə Rusiya Federasiyasına səfəri üzərində işləyirik”, – o qeyd edib.