Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Rüstəmov Vilayət Məhəmməd oğlu və Həsənov Nurlan Nadir oğlunun əziz xatirələrinə həsr olunmuş anım tədbirləri keçirilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
WUF13 çərçivəsində tərəfdaş tədbirlərin proqramı açıqlanıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib. Primeinfo.az xəbər verir ki, mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.
Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub. Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir.
Fevralın 3-də Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində “İnsan Qardaşlığı Məclisi” (“Human Fraternity Majlis”) adlı tədbirdə iştirak edib. Primeinfo.az xəbər verir ki, əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olundu. Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış etdilər.
Ermənistanın Baş naziri Nikol Paşinyan 4 fevralda Əbu-Dabidə keçiriləcək 2026-cı il İnsan Qardaşlığı Zayed Mükafatı mərasimində iştirak edəcək.
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, mədəni irsə vurulmuş zərərlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması və dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görüləcək. Primeinfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb. Belə ki, 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlili, məlumatların sistemləşdirilməsi, tədbirlər planının hazırlanması və təsdiqi, mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi və nəticələrin “e-culture” platformasına inteqrasiyası planlaşdırılır.
Yanvarın 8-də Bakıda, Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Primeinfo.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Leyla Əliyeva və Arzu Əliyeva sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb, onlarla birlikdə bayram süfrəsi arxasında səmimi söhbət ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Primeinfo.az xəbər verir ki, bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib.