Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: tədbir

Heydər Əliyev Beynəlxalq Aeroportunda şəhid övladları üçün Zəfər Günü tədbiri təşkil olunub - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportunda şəhid övladları üçün Zəfər Günü tədbiri təşkil olunub - FOTO

8 Noyabr – Zəfər Günü münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportu və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə şəhid övladları üçün xüsusi tədbir keçirilib. Aeroportdan Primeinfo.az-a bildirilib ki, tədbir çərçivəsində aeroportun Terminal 1-də yerləşən əyləncə zonasında 16 şəhid övladı bir araya gəlib. Uşaqlar üçün müxtəlif oyunlar, yarışlar və əyləncəli fəaliyyətləri əhatə edən proqram təşkil olunub.

Dominikanda Azərbaycanın Zəfər Günü münasibətilə ilk mədəniyyət tədbiri təşkil edilib - FOTO

Dominikanda Azərbaycanın Zəfər Günü münasibətilə ilk mədəniyyət tədbiri təşkil edilib - FOTO

Azərbaycanın Dominikandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Santo-Dominqo şəhərində Azərbaycanın Zəfər Günü münasibətilə konsert proqramı keçirilib. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, Azərbaycan milli musiqisinə həsr olunmuş bu konsert Dominikanda təşkil edilən ilk mədəniyyət tədbiri olub.

DSX-də Anım Günü ilə bağlı tədbirlər keçirilib -  FOTO - VİDEO 

DSX-də Anım Günü ilə bağlı tədbirlər keçirilib -  FOTO - VİDEO 

Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib. Bu barədə Primeinfo.az-a DSX-dən məlumat verilib. Xidmətin rəhbər heyəti Vətən müharibəsinin altıncı ildönümündə Hərbi Memorial Məzarlıqda Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqların azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, Zəfər parkında abidəni ziyarət ediblər.

FHN Formula 1-lə əlaqədar təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib

FHN Formula 1-lə əlaqədar təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib

Bakı şəhərində keçirilən Formula 1 Azərbaycan Qran-Prisi zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyi (FHN) 22 nöqtədə 37 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir.

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTO

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTO

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.  Primeinfo.az xəbər verir ki,əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bakıda Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Bakıda Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Bakıda azərbaycanlı mütəfəkkir alim Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib. Primeinfo.az xəbər verir ki, konfrans Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşü çərçivəsində təşkil olunub. Tədbirdə türk və islam dünyasından dini liderlər, alimlər və ziyalılar iştirak ediblər.

Oğuzdan axan çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirləri görülür

Oğuzdan axan çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirləri görülür

Oğuz rayonundan axan çaylarda sel və daşqınlara qarşı mübarizə çərçivəsində tədbirlər görülür. Bu barədə Primeinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, avqustun 13-ü axşam yağan leysan yağışları nəticəsində rayon ərazisindən axan dağ çaylarında suyun səviyyəsi artıb və bu da yaşayış məntəqələri və əkin sahələri üçün real təhlükə yaradıb.

Piyada təhlükəsizliyinə görə tədbir keçirilib - VİDEO

Piyada təhlükəsizliyinə görə tədbir keçirilib - VİDEO

Piyadaların təhlükəsizliyinin təmin olunması məqsədlə Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən piyadaların məsuliyyətinin artırılması, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə növbəti profilaktik tədbir keçirilib. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, tədbir Şıx çimərliyi ətrafında, Bayraq Meydanı yaxınlığında və 20-ci Sahə yaşayış massivində baş tutub.   Tədbir zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidləri olduğu halda onlardan istifadə etməyən, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yollarda hərəkət etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan piyadalar müəyyən edilərək saxlanılıblar.

250 illik tədbirinə qatılmayan sənətçilərin əvəzinə səhnəyə Tramp özü çıxacaq

250 illik tədbirinə qatılmayan sənətçilərin əvəzinə səhnəyə Tramp özü çıxacaq

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Müstəqillik Günündə bir neçə sənətçinin çıxışını “Amerika Qayıdır” mitinqi ilə əvəz etməyi düşündüyünü açıqlayıb. Primeinfo.az xəbər verir ki, buna sənətçilərin əksəriyyətinin tədbirdə iştirakdan imtina etməsi səbəb olub. CBS-in məlumatına görə, çərşənbə günü Vaşinqtonda ABŞ-ın 250 illiyini qeyd etmək üçün yaradılan ikipartiyalı qeyri-kommersiya təşkilatı olan Freedom 250 tədbirlərdə çıxış edəcək sənətçilərin ilkin siyahısını açıqlayıb.