Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: tədbir

Ağdam və Füzuli şəhərlərində bayram - FOTO

Ağdam və Füzuli şəhərlərində bayram - FOTO

Ağdam və Füzuli şəhərlərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “X” sosial media hesabında paylaşım edib:

VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib – FOTO

VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib – FOTO

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı ilə Şabran rayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib. Düşərgə dekabrın 23-dən 29-dək davam edəcək. Bu barədə Primeinfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlarla bir arada - FOTO

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlarla bir arada - FOTO

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Mərkəzi Nəbatat bağında uşaqlar üçün bayram şənliyi təşkil olunub. Primeinfo.az xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə internat evlərində yaşayan azyaşlılar üçün keçirilib. Bayram proqramı çərçivəsində balacalar üçün əyləncəli tədbirlər, oyunlar və musiqili proqramlar təqdim edilib.

Qış aylarında görülən vacib işlər və abonentlərə müraciət – FOTO

Qış aylarında görülən vacib işlər və abonentlərə müraciət – FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir. Primeinfo.az xəbər verir ki, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xətlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilir.

Xaçmazda ADSEA geniş tərkibdə iclas keçirib - FOTO

Xaçmazda ADSEA geniş tərkibdə iclas keçirib - FOTO

Xaçmaz rayonunda Abşeron və Quba–Xaçmaz regionu üzrə Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi, su resurslarından səmərəli istifadə edilməsi, kənd təsərrüfatında fermerlərə suyun tələbat əsasında verilməsi və suölçmə qurğularının quraşdırılması məsələlərinin müzakirəsinə həsr olunmuş geniş tərkibli iclas keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Bildirilib ki, iclasda Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavinləri İlham Bayramov və İlqar Gülməmmədov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan yerli istismar idarələrinin rəhbərləri, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və Sudan İstifadəedənlər Birliklərinin rəhbərləri iştirak ediblər.

Azərbaycan Ordusunda Heydər Əliyevin xatirəsi yad olunub - VİDEO

Azərbaycan Ordusunda Heydər Əliyevin xatirəsi yad olunub - VİDEO

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə, Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, Ulu Öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

Polis Bakıda gecə səs-küy yaradan obyektlərdə tədbirlər keçirib - FOTO - VİDEO

Polis Bakıda gecə səs-küy yaradan obyektlərdə tədbirlər keçirib - FOTO - VİDEO

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət-profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinə baxış keçirilib. Nəticədə bir neçə restoranın saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğu aşkar edilib.

ADSEA nümayəndələri Macarıstanda keçirilən beynəlxalq tədbirdə - FOTO

ADSEA nümayəndələri Macarıstanda keçirilən beynəlxalq tədbirdə - FOTO

5 noyabr 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən Su və Səhiyyə üzrə Protokolun 20 illik yubiley tədbiri keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aparat rəhbərinin müavini Ülviyyə Məmmədova çıxış edib. Çıxışında Ülviyyə Məmmədova Su və Səhiyyə üzrə Protokol çərçivəsində son 20 ildə əldə olunan uğurlardan, su ehtiyatlarının dayanıqlı idarəçiliyi, təhlükəsiz içməli suya və sanitariyaya çıxışın təmin olunması istiqamətində atılan addımlardan bəhs edib.