
Piyadaların təhlükəsizliyinin təmin olunması məqsədlə Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən piyadaların məsuliyyətinin artırılması, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə növbəti profilaktik tədbir keçirilib.
DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, tədbir Şıx çimərliyi ətrafında, Bayraq Meydanı yaxınlığında və 20-ci Sahə yaşayış massivində baş tutub.
Bu istiqamətdə ölkəboyu polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.