
“Ermənistanla tarixi sülh sazişinin təşəbbüskarı olduğunuz üçün Sizi təbrik etmək istəyirəm”.
Primeinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Siz regionda sülhün və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirdiniz və bu, sabitlik, qarşılıqlı etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qətiyyətlə dəstəkləyir və bunu davam etdirəcək. Biz birlikdə kağız üzərində olan sülhü real həyatda yaşanan sülhə çevirə bilərik. Məhz buna görə də bu gün burada birlikdə çalışırıq. Biz əlaqələndirmə vasitəsilə sülhü təşviq etmək istəyirik, – deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.