Xəbər axtarın

Son axtarış nəticələri:

Ancelina Coli məhkəmədə Bred Pittə qalib gəldi

06.05.2026 16:45

Ancelina Coli məhkəmədə Bred Pittə qalib gəldi

Hollivud ulduzu Ancelina Coli Fransadakı “Chateau Miraval” şərab zavodundakı payının satışı ilə bağlı məhkəmə işində keçmiş həyat yoldaşı Bred Pittə qalib gəlib.

Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, Los-Ancelesin Ali Məhkəməsinin qərarına əsasən, Bred Pitt Colinin şərab zavodundakı payının satışı ilə bağlı şəxsi elektron məktublarının açıqlanmasını tələb edə bilməz.

Hakim aktrisanın mövqeyini dəstəkləyərək bildirib ki, bu yazışmalar məxfidir və qanunla qorunur. Bununla da Pittin vəsatəti rədd edilib. Lakin gələcəkdə aktyor bu məsələni yenidən məhkəmədə qaldıra bilər.

“Bu, Coli üçün mühüm qələbədir. Qərar göstərir ki, Pitt vəkillə müştəri arasında olan yazışmalara çıxış əldə etməyə çalışmaqla açıq şəkildə sərhədləri aşıb. O, Ancelina ilə bağlı hər şeyə, həmçinin onun vəkilləri ilə ünsiyyətinə nəzarət etmək istəyir. Biz çox şadıq ki, həm Apellyasiya Məhkəməsi, həm də birinci instansiya məhkəməsi nəhayət buna son qoydu” deyə, Colinin vəkili bildirib.

Vəkilin sözlərinə görə, əvvəlcə Pitt tərəfi 126 məxfi sənədin açıqlanmasını tələb etsə də, sonra bu sayı 22-yə endirib, lakin bu, məhkəmənin qərarını dəyişməyib.

Məhkəmədəki qələbə fonunda Coli Los-Ancelesdəki malikanəsini satışa çıxarıb. Aktrisa 2017-ci ildə Bred Pittin qonşuluğunda aldığı əmlak üçün 30 milyon dollar istəyir.

Mediada yayılan məlumatlara görə, aktrisa iyulda Amerikanı tərk etmək niyyətindədir. O, Kamboca və ya Fransaya köçməyi planlaşdırır.

Aktrisa daha əvvəl bildirmişdi ki, əkiz övladları Noks və Vivyen 18 yaşına çatdıqdan sonra ABŞ-ni tərk edəcək. KİV-in məlumatına görə, Coli artıq iyul ayında – onların ad günündən dərhal sonra ölkəni tərk etməyi planlaşdırır və yaşamaq üçün iki ölkəni nəzərdən keçirir: sevimli Kambodja və Fransa.

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2005-ci ildə “Cənab və xanım Smit” filminin çəkilişləri zamanı tanış olub görüşməyə başlayıblar. Baxmayaraq ki, aktyor o zaman tezliklə boşandığı Cennifer Enistonla evli idi (şayiələrə görə, Coli bunu “asanlaşdırıb”).

Pitt və Coli 2014-cü ildə evlənsələr də, aktrisa 2016-cı ildə şəxsi təyyarənin göyərtəsində yaranan ciddi mübahisədən sonra boşanmaq üçün məhkəməyə ərizə verib. Bundan sonra Coli onu özünə və uşaqlarına qarşı zorakılıqda ittiham edib. Bredin özü hər şeyi inkar edib. Ayrılıqdan sonra cütlük üçü övladlığa götürülən altı uşağın himayəsi və “Chateau Miraval” şərab zavodu ilə bağlı məsələlərin həllinə uzun illər sərf ediblər.

Paylaş: