
Bu axşam “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
Primeinfo.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanadakı “Wiener Stadthalle” arenasında baş tutacaq yarımfinalda 15 ölkənin nümayəndələri mübarizə aparacaq.
Azərbaycanı “Avroviziya-2026”da təmsil edən müğənni JIVA (Cəmilə Həşimova) “Just Go» adlı mahnı ifa edəcək.
Bu axşam iştirakçıların çıxış sırası belədir:
Bolqarıstan, Azərbaycan, Rumıniya, Lüksemburq, Çexiya, Ermənistan, İsveçrə, Kipr, Latviya, Danimarka, Avstraliya, Ukrayna, Albaniya, Malta, Norveç.
Bu ölkələrdən 10-u səsvermə ilə finala çıxacaq.
Qeyd edək ki, Yunanıstan, Finlandiya, İsrail, Moldova, İsveç, Xorvatiya, Litva, Polşa, Serbiya, Belçika birinci yarmfinlın qalibi kimi finala adlayıb.
Onlarla yanaşı, müsabiqənin əsas maliyyə dəstəkçiləri olan Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, eləcə də ev sahibi Avstriya finala birbaşa vəziqə qazanıb.
“Avroviziya-2026”nın finalı 16 mayda keçiriləcək.
Azərbaycan təmsilçisinin mahnısı: