
Xalq artisti Flora Kərimova nəvəsi Lorenin ad günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Primeinfo.az xəbər verir ki, sənətçi nəvəsinin fotosunu yayımlayaraq ona olan sevgisini ifadə edib:
“Nəvəm, balamın balası, Lorenim. Yaradan sənin naxışına xoşbəxtlik, bəxtəvərlik, sevinc düzsün. Nənəsinin sevinci, öpürəm səni!”.
Qeyd edək ki, Flora Kərimovanın iki övladı var. Loren sənətçinin qızı Zümrüdün oğludur.