
Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin toyu olub.
Primeinfo.az xəbər verir ki, aktrisa Kadir Taner Uçar ilə ailə qurub.
Cütlüyün toy mərasimi Bodrumda baş tutub.
Aktrisa sosial şəbəkə hesabında toyundan görüntülər paylaşaraq xəbəri təsdiqləyib. O, həyat yoldaşı ilə olan şəklində nikah şəhadətnaməsini nümayiş etdirib.
