Xəbər axtarın

Son axtarış nəticələri:

Alla Puqaçova iki dəfə ürəyindən əməliyyat olunub?

29.06.2026 17:27

Alla Puqaçova iki dəfə ürəyindən əməliyyat olunub?

Rusiyanın Xalq artisti Alla Puqaçovanın iki ürək əməliyyatı keçirdiyi iddia olunub.

Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, ifaçı səhhətindəki problemlərə görə bütün çıxışlarından imtina edib və müğənnilik karyerasına son qoyub.

Qeyd olunub ki, 76 yaşlı sənətçi altı ay əvvəl Avropadakı klinikalardan birində xəstəxanaya yerləşdirilib. Puqaçovanın nəfəs darlığı və sinə ağrılarından əziyyət çəkdiyi bildirilib. Bu səbəbdən o, artıq əvvəlki kimi oxuya bilmir.

Alla bu müddət ərzində Taylandda 2 milyon dollarlıq (3 milyon 400 min AZN) və 500 min dollarlıq (850 min AZN) təkliflərdən imtina etməli olub.

Məsələ ilə bağlı sənətçinin nümayəndəsi Yelena Çuprakova yerli KİV-ə açıqlamasında belə əməliyyatlardan xəbərsiz olduğunu deyib:

“Xeyr, məndə belə bir məlumat yoxdur. Bundan xəbərsizəm”.

Qeyd edək ki, Puqaçova 2006, 2008 və 2010-cu illərdə də ürəyindən əməliyyat olunub.

Paylaş: