Xəbər axtarın

Son axtarış nəticələri:

"Kızılcık Şerbeti"nin aktyorları serialdan bu səbəbdən gediblər - FOTO

29.06.2026 21:59

"Kızılcık Şerbeti"nin aktyorları serialdan bu səbəbdən gediblər - FOTO

“Kızılcık Şerbeti” serialının prodüseri Faruk Turqut layihədən ayrılan aktrisalar Sıla Türkoğlu (Doğa) və Müjde Uzmanla (Alev) bağlı diqqətçəkən iddialar səsləndirib.

Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, Turqut Sıla Türkoğlunun serialdan ayrılmasının səbəbinin aldığı qonorarla bağlı olduğunu iddia edib.

“Özünə bərabər hesab etdiyi aktyorların daha yüksək məbləğ qazandığını görəndə serialdan ayrıldı. “Məsələn, mən 3 lirəyə çəkilirəm, onlar isə 7 lirəyə” deyirdi” – deyə, prodüser bildirib.

Faruk Turqut həmçinin aktrisa Müjde Uzmanın serialdan ayrılma səbəbinə də toxunaraq, onun canlandırdığı obrazın “mühafizəkar və dindar bir kişinin məşuqəsi” olmasını daha davam etdirmək istəmədiyini irəli sürüb.

Bu iddialardan sonra Sıla Türkoğlunun menecerlik şirkəti açıqlama yayaraq səsləndirilən fikirləri təkzib edib.

Bəyanatda bildirilib ki, aktrisanın “Kızılcık Şerbeti” layihəsindən ayrılması heç vaxt maddi səbəblərlə bağlı olmayıb.

“Aktrisanın “Kızılcık Şerbeti” layihəsindən ayrılma səbəbi iddia edildiyi kimi maddi amillər deyil. Bu qərar tamamilə peşəkar prinsiplər və sağlam iş mühitində çalışmaq istəyi ilə əlaqədar verilib” – deyə, açıqlamada vurğulanıb.

Paylaş: