Xəbər axtarın

Son axtarış nəticələri:

Moskvaya kütləvi PUA HÜCUMU: Zavod və anbarlarda yanğınlar baş verib - VİDEO

28.07.2026 10:12

Moskvaya kütləvi PUA HÜCUMU: Zavod və anbarlarda yanğınlar baş verib - VİDEO

Gecə və səhər saatlarında Moskva və Moskva vilayəti istiqamətində yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxılıb, paytaxt ətrafının bir neçə bölgəsində zərbələr nəticəsində yanğınlar başlayıb.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Moskvanın meri Sergey Sobyaninin sözlərinə görə, axşam saat 20:30-dan səhər 06:30-dək Moskva regionu istiqamətində 390-dan çox dron uçub. O, paytaxta yaxınlaşarkən 81 PUA-nın məhv edildiyini iddia edib.

Eyni zamanda, “Exilenova+” “Telegram” kanalı məlumat verir ki, Moskva ətrafındakı Çexov şəhərində yerləşən “Gidrostalkonstruksiya” zavodu hücuma məruz qalıb. İlkin məlumatlara əsasən, dron müəssisənin ərazisindəki boruya çırpılıb.

Zavodun əsas fəaliyyət istiqaməti energetika və su təsərrüfatı obyektləri üçün hidromexaniki avadanlıqların, metal konstruksiyaların və digər məmulatların istehsalıdır.

Bununla yanaşı, “Astra” nəşri “Gidrostalkonstruksiya”dan bir kilometrdən az məsafədə yerləşən Çexov regenerat z

Podolsk və Koledino ərazilərindəki yanğınları əks etdirən kadrları paylaşırlar. Həmin ərazilərdə “Wildberries” şirkətinin anbarları yerləşir, lakin konkret olaraq nəyin yandığı hələlik dəqiq bilinmir.

“Telegram” kanallarının ehtimalına görə, Koledinoda “Wildberries”in yaxınlığında yerləşən 3PL (Third Party Logistics) anbarı yana bilər.

 

 

 

Paylaş: