
Xalq artisti Emin Ağalarov Formula 1 Azərbaycan Qran-Prisinin gələcəkdə Bakının mərkəzindən “Sea Breeze” ərazisinə köçürülməsi ehtimalı haqda video paylaşıb.
Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni paylaşdığı videoaçıqlamada bununla bağlı işlərə başlanıldığını bildirib. Emin bildirib ki, uzun müddətdir sahibi olduğu yaşayış kompleksində Formula 1 yarışı üçün xüsusi trasın inşa olunacağı ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, layihənin reallaşdırılması üçün Formula 1 traslarının layihələndirilməsi ilə məşğul olan şirkətlə də əlaqə yaradılıb.
E.Ağalarov qeyd edib ki, 2030-2031-ci illərə qədər trasın və ətraf infrastrukturun tikintisi mümkün olarsa, Formula 1 yarışlarının “Sea Breeze”də keçirilməsi nəzəri olaraq mümkündür:
“Hazırda bununla bağlı konkret razılaşmalar yoxdur. Amma bizim belə bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də “Sea Breeze”də Formula 1 uzaqda deyil”.
Emin həmçinin oyunların həmin ərazidə necə görünə biləcəyi görüntüləri də yayımlayıb.
View this post on Instagram