
27 sentyabrda UEFA Millətlər Liqasında II turun oyunlarına start verilib.
Primeinfo.az xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma baş tutub.
D Liqasının II qrupunda yer alan Azərbaycan millisi səfərdə Litva ilə heç-heçəyə razılaşıb – 1:1.
A Liqasının II qrupunda Niderland səfərdə Serbiyaya 2:1 hesabı ilə üstün gəlib. Qrupun digər oyununda isə Yunanıstan səfərdə Almaniyanı 1:0 hesabı ilə məyus edərək gecənin ən böyük sürprizinə imza atıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, II tur
27 sentyabr
D Liqası, II Qrup
Litva – Azərbaycan – 1:1
A Liqası, II Qrup
Serbiya – Niderland – 1:2
Almaniya – Yunanıstan – 0:1
A Liqası, IV Qrup
Danimarka – Uels – 2:0
Norveç – Portuqaliya – 1:2
B Liqası, III Qrup
Avstriya – Kosovo – 3:1
İsrail – İrlandiya – 0:3
D Liqası, I Qrup
Cəbəllütariq – Andorra – 0:0