Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: avtobus

525 nömrəli marşrut xəttinə daha 10 müasir və komfortlu avtobus cəlb olunur

525 nömrəli marşrut xəttinə daha 10 müasir və komfortlu avtobus cəlb olunur

Xidmət keyfiyyətinin artırılması və sərnişin məmnuniyyətinin təmin olunması məqsədilə yanvarın 7-dən Masazır qəsəbəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 müasir, komfortlu, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən “King Long” markalı avtobus cəlb edilir. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Qeyd edək ki, daşıyıcı tərəfindən marşrut üzrə avtobuların bir qismi 2025-ci ildə yenilənmişdir.

Lerikdə mikroavtobus aşıb, 6 yaralı var

Lerikdə mikroavtobus aşıb, 6 yaralı var

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında qeydə alınıb. Primeinfo.az xəbər verir ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.

Avtobuslarda da bank kartları ilə ödəniş ediləcək

Avtobuslarda da bank kartları ilə ödəniş ediləcək

Bu gündən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir.

7 marşrut xətti üzrə müsabiqənin qalibləri müəyyən edilib - SİYAHI

7 marşrut xətti üzrə müsabiqənin qalibləri müəyyən edilib - SİYAHI

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Tərtər-Kəlbəcər, Mingəçevir-İsmayıllı, Göyçay-Gəncə şəhərlərarası və Kuzunqışlaq kəndi – Qusar avtovağzalı, Əniq kəndi – Qusar avtovağzalı və Bağçakürd kəndi (Goranboy) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Belə ki, Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol 2023” MMC; Tərtər-Kəlbəcər marşrutu üzrə fiziki şəxs Əsədov Sevdimalı Hüseyn oğlu; Mingəçevir-İsmayıllı marşrutu üzrə fiziki şəxs İsgəndərov Niman Şükür oğlu; Göyçay-Gəncə üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu oğlu; Kuzunqışlaq kəndi – Qusar avtovağzalı və Əniq kəndi – Qusar avtovağzalı marşrutları üzrə fiziki şəxs Məhərrəmov Urxan Urfan oğlu; Bağçakürd kəndi (Goranboy) – Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Əsgərova Şəfa Məsud qızı qalib elan olunublar.

Avtomobillə mikroavtobus toqquşub, xəsarət alanlar var

Avtomobillə mikroavtobus toqquşub, xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, rayon ərazisində “Niva” markalı minik maşını ilə “Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb

Bakıda bu avtobusda gediş haqqı artacaq – SƏBƏB

Bakıda bu avtobusda gediş haqqı artacaq – SƏBƏB

Bakının Xətai rayonunun Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən 12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. Primeinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Dekabrın 7-dən sərnişinlərin xidmətinə veriləcək 18 yeni “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Zabrat yolunda xüsusi avtobus zolağı yaradılıb - VİDEO

Zabrat yolunda xüsusi avtobus zolağı yaradılıb - VİDEO

Şəhər daxilində sərnişindaşımada rahatlığı və keyfiyyəti artırmaq üçün hazırda xüsusi hərəkət zolağının yaradılması Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir. Bu barədə Primeinfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, Sabunçu rayonunun bu hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək həmin zolaq mövcud deyildi.

Azərbaycanda elektrik avtobuslarının sayı 1 100-ə çatacaq

Azərbaycanda elektrik avtobuslarının sayı 1 100-ə çatacaq

Azərbaycanda 2025-ci ildə 500 elektrik mühərrikli avtobusun istismara verilməsi və 2026-cı ilədək onların sayının 1 100-ə qədər artırılması planlaşdırılır. Bu barədə Primeinfo.az Azərbaycanın yenilənmiş “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr”inə (NDC 3.0) istinadən xəbər verir. Gələcəkdə hər il əlavə 500 elektrik avtobusunun istismara buraxılması nəzərdə tutulur.

Məmmədli kəndində yanğın: 4 avtobus kül oldu - VİDEO

Məmmədli kəndində yanğın: 4 avtobus kül oldu - VİDEO

Abşeron rayonu, Məmmədli kəndində 4 yararsız avtobus yanıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Belə ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.