Paşa Həsənli: Belə bərbad idarəçilik tarixdə görünməyib - VİDEO
“Azərbaycanda bu qədər imkanlarla yanaşı, əhalinin gəlirləri həm Ermənistandan, həm də Gürcüstandan necə aşağı ola bilər?”
“Azərbaycanda bu qədər imkanlarla yanaşı, əhalinin gəlirləri həm Ermənistandan, həm də Gürcüstandan necə aşağı ola bilər?”
“Bəs necə olur ki, İrəvan metrosu öz maya dəyərini ödəyir, Azərbaycanda metro, avtobus basabas olduğu halda, öz maya dəyərini ödəmir?”
“60 qəpik bilirsiniz nə deməkdir? 1 manata gedən addımdır. Bunlar çoxdan ictimai nəqliyyatda gedişhaqqını 1 manat etmək arzusunda idilər”.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə gediş haqqını 20% artırıb. Əvvəllər belə qərarları Tarif Şurası verirdi, indi nazirlik qiymətləri artırıb. Nazirliyin məsuliyyəti öz üzərinə götürməsi yaxşıdır və ümumiyyətlə, Tarif Şurası ləğv edilməlidir”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Primeinfo.az bu barədə nazirliyə istinadən xəbər verir. Qurum bəyan edib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.
TƏBİB Gədəbəydə avtobus qəzasında xəsarət alanların son durumunu açıqlayıb. Primeinfo.az Report-a istinadən xəbər verir ki, Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub. Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə sabahdan 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək.
Yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq. Bir çox hallarda marşrutlar gecə saat 00:00-a qədər fəaliyyət göstərəcək. Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.
Prezident İlham Əliyev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Son bir ildə elektrikli və sıxılmış təbii qazla (CNG) işləyən avtobusların sayında artım müşahidə olunur. Primeinfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu, ötən ilin rəqəmləri ilə müqayisədə 136 ədəd və ya 5,5 dəfə çoxdur. 2024-cü ilin eyni dövründə elektriklə işləyən avtobus sayı 30 ədəd, sıxılmış təbii qazla (CNG) işləyən avtobus sayı 1115 ədəd, dizellə işləyən avtobus sayı isə 3713 ədəd olub.