Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Türkmənistan

Türkmənistanın Prezidenti Azərbaycana gələcək

Türkmənistanın Prezidenti Azərbaycana gələcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib. O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir.

Adil Kərimli Meredovla görüşdü

Adil Kərimli Meredovla görüşdü

İyunun 5-də Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyətin iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Aşqabad və Arkadaq şəhərlərində iyunun 5-dən 7-dək Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi “X” hesabında məlumat verib. Mədəniyyət proqramı çərçivəsində Azərbaycanın incəsənət xadimlərinin konsertləri, sərgilər, bədii filmlərin nümayişi və iki ölkənin nümayəndələrinin iştirakı ilə elmi konfransların keçirilməsi planlaşdırılıb.

Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasovla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar və 2025-ci ilin nəticələrini yüksək qiymətləndirərək onu Türkmənistan-Azərbaycan münasibətləri tarixində yeni, parlaq bir səhifə kimi səciyyələndiriblər.

Əli Əsədov: "Türkmənistanın Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü yüksək qiymətləndiririk"

Əli Əsədov: "Türkmənistanın Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü yüksək qiymətləndiririk"

Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Aşğabadda Türkmənistanın neytrallığının 30-illiyinə həsr edilən “Beynəlxalq sülh və təhlükəsizlik” forumunda çıxışı zamanı deyib. Baş nazir qeyd edib ki, Universitetin işində fəal iştirak etməyə hazırdır: “Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəkləmiş və “Beynəlxalq sülh və etimad ili – 2025” qətnaməsinə həmmüəllif qismində qoşulub.

Leyla Əliyeva Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb - FOTO

Leyla Əliyeva Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçirilən “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusundakı beynəlxalq konfrans çərçivəsində dekabrın 10-da Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər, o cümlədən Heydər Əliyev Fondu ilə Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun birgə əməkdaşlığının iki dövlətin yüksəksəviyyəli əlaqələrinə verdiyi töhfə vurğulanıb. Türkmənistanda keçirilən beynəlxalq konfransın qadınların siyasi və iqtisadi həyata fəal cəlb olunmaları, çoxtərəfli dialoqun və tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib - FOTO

Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib - FOTO

  8 Noyabr – Zəfər Günü, həmçinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində qəbul keçirilib. Primerinfo.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən səfir Qismət Gözəlov əvvəlcə xalqımıza bu Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edib. Səfir çıxışında qeyd edib ki, ölkəmiz Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb.