Xəbər axtarın

Son axtarış nəticələri:

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

02.06.2026 16:12

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Aşqabad və Arkadaq şəhərlərində iyunun 5-dən 7-dək Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi “X” hesabında məlumat verib.

Mədəniyyət proqramı çərçivəsində Azərbaycanın incəsənət xadimlərinin konsertləri, sərgilər, bədii filmlərin nümayişi və iki ölkənin nümayəndələrinin iştirakı ilə elmi konfransların keçirilməsi planlaşdırılıb.

Paylaş: