İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.
Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gedib.
DOST Agentliyində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Muxammetseyit Sılapov arasında görüş keçirilib. Bu barədə Primeinfo.az-a DOST Agentliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə səfərdə olan Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Muxammetseyit Sılapov 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub.
Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Primeinfo.az xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib. O qeyd edib ki, bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir.
Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında bildirib. “Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də Bakıda Zəfər parkını ziyarət edib. Primeinfo.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkmənistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub.
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşü olub.
İyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.