Futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 1/16 final mərhələsi davam edir. Primeinfo.az xəbər verir ki, bu gün də maraqlı oyunlar var. Axşam saat 20:00 İngiltərə – Konqo Demokratik Respublikası oyunu başlayacaq.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilib. Primeinfo.az Milli.az-a istinadən xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra daha iki komandanın 1/8 finaldakı rəqibləri müəyyənləşib. Günün diqqətçəkən görüşlərindən birində Fransa millisi İsveç yığması ilə üz-üzə gəlib.
DÇ-2026: Üç oyun, üç 1/8 final bileti – günün AFİŞASI DÇ-2026 Xəbərlər 30 İyun 2026 09:46 84 DÇ-2026: Üç oyun, üç 1/8 final bileti – günün AFİŞASI Futbol üzrə DÇ-2026-da 1/16 final mərhələsinin növbəti oyunları keçiriləcək. İdman.Biz xəbər verir ki, günün proqramında üç qarşılaşma yer alıb. İlk oyun Bakı vaxtı ilə saat 21:00-da Kot-d’İvuar və Norveç yığmaları arasında baş tutacaq.
Futbol üzrə 2026-cı ilin dünya çempionatı davam edir. Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək. Primeinfo.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir: 29 iyun DÇ-2026 21:00 Braziliya – Yaponiya (İctimai TV, TRT 1) 30 iyun 00:30 Almaniya – Paraqvay (İctimai TV, TRT 1) 05:00 Niderland – Mərakeş (İctimai TV, TRT 1)
Lionel Messi futbol tarixinə dünya çempionatlarında ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi düşüb.
Futbol üzrə dünya çempionatında (DÇ-2026) L qrupunun oyunları yekunlaşıb. Primeinfo.az xəbər verir ki, son turda İngiltərə millisi Panama ilə, Xorvatiya Qana ilə qarşılaşıblar. Nyu-Cersi şəhərində keçirilən görüşdə ingiltərəlilər Panama millisinə 2:0 hesabı ilə qalib gəliblər.
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) I qrupunda 3-cü turun oyunları keçirilib. Primeinfo.az xəbər verir ki, qrup mərhələsinin son görüşləri çərçivəsində Norveç – Fransa və Seneqal – İraq qarşılaşmaları baş tutub. ABŞ-nin Foksboro şəhərində keçirilmiş oyunda Fransa millisi ikinci heyətlə meydana çıxmış Norveç yığmasından güclü olub – 4:1.
ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı bir turnir ərzində vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda davam edən mundialda ümumilikdə 177 dəfə fərqlənmək mümkün olub. Xatırladaq ki, bundan əvvəlki ən yüksək göstərici 2022-ci ildə Qətərdə təşkil edilən dünya çempionatında (172 qol) qeydə alınıb.
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda bəlli olub. Primeinfo.az Report-a istinadən xəbər verir ki, Meksika, CAR, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina, Kolumbiya, Yaponiya, Niderland, İsveç, Avstraliya, Fildişi Sahili, Ekvador 1/16 finalda oynamaq hüququ qazanıblar. 1/16 finalda üz-üzə gələcək 4 cüt də artıq müəyyənləşib.
DÇ-2026-da A qrupunun III tur oyunları keçirilib. Primeinfo.az Apasport-a istinadən xəbər verir ki, turun hər iki görüşü eyni saatda – Bakı vaxtilə 05:00-da başlayıb. Meksika Çexiya üzərində inamlı qələbə qazanıb: 3:0.