Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub. Primeinfo.az xəbər verir ki, turun bütün matçları eyni vaxtda start götürüb. Keçirilən oyunlardan sonra həm çempionun, həm də digər mükafatçıların adına aydınlıq gəlib.
Nazirlər və deputatlar futbol oynadılar – FOTO
AFFA İntizam Komitəsi “Sumqayıt”ı klub prezidenti və baş məşqçiyə görə 10000 manat cərimələyib. Primeinfo.az xəbər verir ki, buna “Kəpəz”ə qarşı keçirdikləri Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub. Qarşılaşma bitdikdən sonra “gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olub.
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunu keçirilir. Primeinfo.az xəbər verir ki, gecənin qarşılaşmasında “Arsenal” klubu İngiltərədə İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edəcək. Azərbaycanda azarkeşlər bu oyunu İctimai TV-də izləyə biləcəklər.
Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, növbəti iki gündə İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Fransa Liqa 1, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Türkiyə Superliqasında aşağıdakı matçlar baş tutacaq: 25 aprel İngiltərə Premyer Liqası Saat 18:00, “Vulverhempton” – “Tottenhem”; Saat 18:00, “Liverpul” – “Kristal Pelas”; Saat 20:30, “Arsenal” – “Nyukasl Yunayted”. İspaniya La Liqası Saat 18:15, “Xetafe” – “Barselona”; Saat 23:00, “Atletiko Madrid” – “Atletik Bilbao”.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçı bəlli olacaq. Primeinfo.az xəbər verir ki, yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Türkiyə Super Liqasında XXX tura start verilib. Primeinfo.az Sportal.az-a istinadən xəbər verir ki, ilk oyun günündə “Fənərbaxça” öz meydanında “Rizəspor”u qəbul edib. Çempionluq yolunda vacib matça çıxan İstanbul klubu son dəqiqə qolu ilə matçdan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Çempionlar Liqasında 1/4 finalın cavab oyunları 14-15 aprel tarixlərində keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu gün iki oyun olacaq. 14 aprel “Atletiko Madrid” – “Barselona” – saat 23:00, (İlk oyun – 2-0) “Liverpul” – PSJ – saat 23:00, (İlk oyun – 0-2) 15 aprel “Arsenal” – “Sportinq” – saat 23:00, (İlk oyun – 1-0) “Bayern” – “Real Madrid” – saat 23:00, (İlk oyun – 2-1) Final 30 mayda Budapeştdə keçiriləcək.
AFFA Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır.
Bu axşam UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Primeinfo.az xəbər verir ki, günün ilk matçı “Rayo Valyekano” – AEK (Afina) qarşılaşması olacaq. Digər matçlarda isə “Kristal Pelas” klubu “Fiorentina” ilə, “Maynts 05” klubu “Strasburq”la, “Şaxtyor Donetsk” isə “AZ Alkmaar”la qarşılaşacaqlar.