Üç Afrika ölkəsinin – Mali, Niger və Burkina-Fasonun Silahlı Qüvvələri Malinin şimalında yaraqlılara qarşı hərbi əməliyyat keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb. Qeyd olunub ki, üç ölkənin orduları Malidəki yaraqlı mövqelərinə kütləvi hava zərbələri endirib.
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlarla bağlı yeni qərarını açıqlayıb. Primeinfo.az xəbər verir ki, Axios-a istinadən yayılan məlumata görə, Tramp Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərdiyi məktubda fevralın 28-də başlanmış hərbi əməliyyatların dayandırıldığını bildirib. Məktubda qeyd olunur ki, hazırda əməliyyatlar dayandırılsa da, Vaşinqton gələcəkdə hərbi addımların atılması ehtimalını istisna etmir.
İsrail İrana qarşı hərbi əməliyyatın başlanğıcında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) “Dəmir Qübbə” raketdən müdafiə sistemini göndərib. Primeinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, bu, sözügedən hava hücumundan müdafiə sisteminin ABŞ və İsrail hüdudlarından kənarda yerləşdirildiyi ilk hadisədir.
İsrail mediasında yayılan son məlumatlar bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyini göstərir. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki,İsrail və ABŞ mümkün atəşkəsin qəfil pozulmasına qarşı artıq hazır vəziyyətə gətirilib. Məlumata əsasən, İsrailin hədəf seçmə mərkəzləri və hərbi kəşfiyyat strukturları İrandakı prosesləri fasiləsiz izləyir.