
“Etibarlı mənbələr bildirir ki, ölkə gəlirlərinin 75-80%-ni SEPAH mənimsəyir. Bütün bunları nəzərə aldıqda söyləmək mümkündür ki, İranın uzun müddət tab gətirmək imkanı yoxdur. ABŞ-nin Hörmüz istiqamətindəki blokada siyasəti öz təsirini yaxın vaxtlarda göstərə bilər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas, siyasətçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“İran şəffaf dövlət olmadığı üçün nə qədər ehtiyatlarının olduğunu bilmirik. Düşünürəm ki, böyük ehtimalla uzun müddət davam gətirəcək ehtiyatları yoxdur”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: