Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - FOTO

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - FOTO

2026-cı ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışı başa çatıb. Primeinfo.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, toplanışın başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır - FOTO

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə kadr hazırlığının və ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun kibertəhlükəsizlik üzrə mütəxəssisləri üçün “İdarəetmə, risklərin idarə olunması və uyğunluq (GRC – Governance, Risk, Compliance)” üzrə təlim kursu keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “CyberCollab” layihəsi çərçivəsində təşkil edilən kursun əsas məqsədi iştirakçıların kibertəhlükəsizlik sahəsində idarəetmə, risklərin idarə olunması və uyğunluq istiqamətləri üzrə bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübələrə uyğun yanaşmaların tətbiqinə dəstək verməkdir.