Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: turizm

Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramı yaradılacaq

Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramı yaradılacaq

2026 – 2030-cu illər ərzində Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bu, Prezidentin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb. Belə ki, bu istiqamətdə turizm səfirlərinin iştirakı ilə Azərbaycana tanıtım səfərlərinin təşkili, sosial media və rəqəmsal platformalarda tanıtım kampaniyalarının həyata keçirilməsi və azı 1 beynəlxalq tanınmış şəxsin Turizm Səfiri kimi cəlb edilməsi, minimum 5 birgə rəqəmsal məzmunun hazırlanması və azı 50 milyon baxış və yüksək əhatə göstəricilərinin əldə edilməsi planlaşdırılır.

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün DÖVLƏT PROQRAMI

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün DÖVLƏT PROQRAMI

Turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir: – altı ay müddətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi; – üç ay müddətində turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi; – Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair; – Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin; – Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; – bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2026-cı ildə dünyanın ən cazibədar turizm şəhərlərinin REYTİNQİ

2026-cı ildə dünyanın ən cazibədar turizm şəhərlərinin REYTİNQİ

2026-cı il üçün hazırlanan yeni reytinqdə dünyanın ən cazibədar turizm şəhərləri müəyyənləşdirilib. Siyahıda ABŞ və Asiyanın məşhur meqapolisləri üstünlük təşkil edir. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Euronews” telekanalı məlumat yayıb.

Bu yay üçün istirahət yerləri: ən bahalı və ən ucuz rayonlar - QİYMƏTLƏR

Bu yay üçün istirahət yerləri: ən bahalı və ən ucuz rayonlar - QİYMƏTLƏR

Yay mövsümündə daxili turizm canlanır, minlərlə insan istirahət üçün ölkənin müxtəlif bölgələrinə üz tutur. Son illər hotellərlə yanaşı, günlük kirayə evlər də istirahət edənlərin ən çox üstünlük verdiyi seçimlərdən birinə çevrilib. Mövsümün qızğın dövründə bəzi bölgələrdə qiymətlərin yüksəlməsi, digərlərində isə təklifin artması səbəbindən daha əlverişli seçimlərin yaranması müşahidə olunur.

Azərbaycandakı hotellərdə qalanlar onlayn rəy verə biləcək

Azərbaycandakı hotellərdə qalanlar onlayn rəy verə biləcək

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu yerli hotellərdə qalan şəxslərdən onlayn rəy qəbul edəcək. Primeinfo.az xəbər verir ki, bununla bağlı Büro hazırlıqlara başlayıb. Qurum hotellərin auditi ilə bağlı qonaq rəylərinin onlayn platforma üzərindən idarə olunmasını planlaşdırlır.

Turagentlərin və turoperatorların gəlirləri 34 %-ə yaxın artıb

Turagentlərin və turoperatorların gəlirləri 34 %-ə yaxın artıb

2025-ci ildə Azərbaycandakı turagent və turoperatorların ümumi gəlirləri 222,7 milyon manat təşkil edib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 56,3 milyon manat və yaxud 33,8 % çoxdur. Ötən il turizm məhsullarının (xidmətlərinin) istehsalına çəkilmiş ümumi xərclər isə 171,7 milyon manat olub.

Azərbaycanda hər 10 turizm paketindən 8-i xaricə səfər üçün alınıb

Azərbaycanda hər 10 turizm paketindən 8-i xaricə səfər üçün alınıb

2025-ci ildə Azərbaycanda satılmış 86 147 turizm zərfinin 67 301-i və yaxud 78,1 %-i Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri üçün rəsmiləşdirilib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, hesabat dövründə ölkədaxili səyahətlər üçün Azərbaycan vətəndaşlarına 8 483 turizm zərfi satılıb. Bu göstərici ümumi satışların 9,8 %-ni təşkil edib.

Azərbaycanın Serbiya ilə turizm əlaqələri inkişaf etdirilir - FOTO

Azərbaycanın Serbiya ilə turizm əlaqələri inkişaf etdirilir - FOTO

İyunun 8-də Azərbaycan Turizm Bürosu tərəfindən Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanı ilboyu cəlbedici turizm istiqaməti kimi tanıtmaq məqsədilə tədbir təşkil olunub. Primeinfo.az-a bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev, Serbiya Respublikasının Turizm və Gənclər Nazirliyinin dövlət katibi Nikola Miyayloviç, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) nümayəndələri, eləcə də hər iki ölkənin turizm sənayesi və media nümayəndələri iştirak ediblər.