Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib. Primeinfo.az Sfera.az-a istinadən xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və o, tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə bu ilin ilk rübündə turizmdən 9 milyard 896 milyon 456 min dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun bu ilin yanvar–mart aylarına aid statistikasında bildirilib. Qeyd edilib ki, gəlirin 9 milyard 694 milyon 574 min dolları ölkəni ziyarət edən turistlərdən, 201 milyon 883 min dolları isə transfer sərnişinlərdən əldə olunub.
Azərbaycan Turizm Bürosu (ATB) Qazaxıstanın Almatı şəhərində keçirilən “Kazakhstan International Tourism Fair 2026” (KITF) sərgisində iştirak edir. Primeinfo.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 10 yerli turizm sənayesi nümayəndəsinin təmsil olunduğu sərgidə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilir. İştirakçılara mədəni turizm, macəra və aktiv istirahət, sağlamlıq turizmi, eləcə də işgüzar tədbirlər (MICE) sahəsində mövcud imkanlar barədə ətraflı məlumat təqdim olunur.
“Azərbaycan Hava Yolları” aviabiletlərin qiymətini kəskin qaldırıb. Bu da yay tətili üçün xarici ölkələrə əvvəlcədən tur alanlara ciddi problem yaradıb. Çünki bahalaşma təkcə yeni biletlərə deyil, həm də indiyədək satılan biletlərə şamil edilir.
Gürcüstanın 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan olan turistlərdən gəliri 48,1 milyon dollar təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 % azdır. Primeinfo.az Report-a istinadən xəbər verir ki, ümumilikdə, 2026-cı ilin yanvar–mart aylarında ölkə beynəlxalq turizmdən 829,8 milyon dollar məbləğində gəlir əldə edib, bu da il ərzində 0,5 % artım deməkdir. Əsas ölkələrdən ümumi daxilolmalar aşağıdakı kimi paylanıb: Aİ – 140,7 milyon dollar (36 % artım), Türkiyə – 120,1 milyon dollar (12 % artım), Azərbaycan – 48,1 milyon dollar (1 % azalma), Ukrayna – 45,3 milyon dollar (34 % artım), Ermənistan – 28,8 milyon dollar (2 % artım), Belarus – 16 milyon dollar (1 % artım), Səudiyyə Ərəbistanı – 12,9 milyon dollar (48 % artım).
Bu ilin yanvar-mart aylarında xarici ölkələrə 452,6 min nəfər Azərbaycan Respublikası vətəndaşı gedib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azdır. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çox), 15,6 faizi Rusiya Federasiyasına (4,0 faiz az), 10,2 faizi Gürcüstana (11,0 faiz az), 9,3 faizi İrana (15,8 faiz az), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz az) gedib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana Yaxın Şərq ölkələrindən 36 470 turist gəlib. Primeinfo.az-ın “Report”a istinadən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % azdır. İki ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib – 10 959 nəfər.
Yayda istirahət üçün turistlərin ən çox səyahət etdiyi ölkələrdən biri də Monteneqrodur. Adriatik dənizində yerləşən bu kiçik Balkan dövləti gözəl təbiəti, mədəni irsi və təmiz çimərlikləri ilə məşhurdur. Primeinfo.az xəbər verir ki, Azərbaycandan əvvəllər bu ölkəyə vizasız səyahət etmək mümkün olsa da, bu ildən şərtlər dəyişib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ölkənin turizm potensialının beynəlxalq səviyyədə təbliği məqsədilə dörd irimiqyaslı tender elan edib. Primeinfo.az xəbər verir ki, layihə dünyanın müxtəlif regionlarından jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin (info-turlar) təşkilini nəzərdə tutur. Elan edilmiş dörd müsabiqə üzrə məbləğ 1 705 801,63 azn təşkil edir.
2025-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2024-cü illə müqayisədə 2,3 % azalaraq 2 milyon 109,9 min nəfər olub. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,2 %-i Türkiyəyə, 14,5 %-i Rusiyaya, 10,7 %-i Gürcüstana, 9,7 %-i İrana, 23,9 %-i digər ölkələrə səfər edib, 63,5 %-ini kişilər, 36,5 %-ini qadınlar təşkil edib. İl ərzində Gürcüstana gedənlərin sayı 20,4 %, İrana gedənlərin sayı 9,2 % artıb, Rusiyaya gedənlərin sayı 31,5 %, Türkiyəyə gedənlərin sayı isə 1,6 % azalıb.