
2025-ci ildə Azərbaycandakı turagent və turoperatorların ümumi gəlirləri 222,7 milyon manat təşkil edib.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 56,3 milyon manat və yaxud 33,8 % çoxdur.
Ötən il turizm məhsullarının (xidmətlərinin) istehsalına çəkilmiş ümumi xərclər isə 171,7 milyon manat olub. Bu isə əvvəlki illə müqayisədə 27,9 milyon manat və yaxud 19,4 % çoxdur.
Beləliklə, hesabat ilində turagent və turoperatorların gəlirləri xərclərini 51 milyon manat üstələyib.
İl ərzində turagent və turoperatorların sayı 381-dən 434-ə yüksələrək 13,9 % artıb. Bu müəssisələrdə çalışan işçilərin sayı isə 2 687 nəfərə çatıb ki, illik müqayisədə 26 % çoxdur.
