Xəbər axtarın

Son axtarış nəticələri:

Ukraynanın İrpen şəhər Şurası İlham Əliyevi fəxri vətəndaş elan edib

30.04.2026 16:39

Ukraynanın İrpen şəhər Şurası İlham Əliyevi fəxri vətəndaş elan edib

Ukraynanın İrpen şəhər Şurası Azərbaycan Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan edib.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri əvəzi Anjela Makeyeva bildirib.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə, o cümlədən İrpen şəhərinə müxtəlif humanitar yardımlar göstərilib.

O cümlədən, Azərbaycan hökumətinin köməyi ilə İrpendə lisey və şəhər poliklinikası bərpa olunub.

Azərbaycandan enerji böhranından əziyyət çəkən Ukraynaya 11 yardım paketi göndərilib.

Bundan başqa Ukraynanın müharibədən əziyyət çəkən bölgələrindən 500-dən çox uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.

Paylaş: