
Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.
Primeinfo.az Oxu.az-a istinadən həmin fotonu təqdim edir:

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.
***
Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, xəstə Mübariz Əliyev hadisə yerində ölüb, bir həkim xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.