
Tanınmış jurnalist Eynulla Fətullayev sahibi olduğu rusdilli haqqın.az saytını satıb.
Primeinfo.az bu barədə Gununsesi.info-ya istinadən xəbər verir ki,
Saytın əldə etdiyi məlumatda bildirilir ki, baş redaktor bu axşam saatlarında kollektivlə vidalaşıb.
Eynulla Fətullayev bundan sonra Türkiyədə yaşamağa qərar verib.
Qeyd edək ki, Eynulla Fətullayev həbsdən azad ediləndən sonra adıçəkilən media quruluşunu yaratmışdı.