Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair bəyanat verib. Primeinfo.az xəbər verir ki, bəyanatda Milli Məclisin bu gün qəbul etdiyi, Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın rəsmi şəkildə dayandırılması, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulması və Avronest Parlament Assambleyasına üzvlükdən çıxmaq üçün prosedurların başlanılması haqqında qərarın dəstəklədiyi qeyd olunur. “Bu qərar, Avropa Parlamentinin son illər ərzində Azərbaycana qarşı nümayiş etdirdiyi davamlı, tamamilə qərəzli və əsassız yanaşmanın nəticəsi olaraq qəbul edilib.
Avropa Parlamentinin qətnaməsinin bir sözlə diplomatik rüsvayçılıq və diplomatik iflas kimi də xarakterizə etmək olar. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. “İlk növbədə onu qeyd etmək lazımdır ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur.
Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılır.
Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı hədələrindən sonra Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyası prosesini dondurub. “TodayBaku” xəbər verir ki, bu barədə AP-nin siyasi qrupları məlumat yayıb. “France-Presse” agentliyinin istinad etdiyi Sosial-demokratlar qrupunun (S&D) sədri İraçe Qarsia Peres bildirib ki, əksər siyasi qruplar 2025-ci ildə Aİ ilə ABŞ arasında bağlanmış ticarət sazişinin ratifikasiyasının dayandırılmasını dəstəkləyiblər.
Avropa Parlamentinin deputatları əvvəllər Aİ Şurası ilə razılaşdırılmış Rusiya qazının alışının tədricən dayandırılması haqqında sazişi təsdiqləyiblər. Primeinfo.az xəbər verir ki, bu barədə Strasburqda həmməruzəçilər İnes Vaydere və Villa Niinistyo bildiriblər. Plenar iclasda 500 nəfər razılaşmanın qəbul edilməsinin tərəfdarı olub, 120 deputat sənədin əleyhinə səs verib, 36 nəfər isə bitərəf qalıb.
Bu gün Avropa Parlamenti Ukrayna üzrə qətnamə qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” məlumat yayıb. Qətnamə “gələcək sülh sazişinin Ukraynaya NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsi səviyyəsində təhlükəsizlik zəmanətləri təqdim etməsini, aqressiya və hərbi cinayətlərə görə təqsirkarların məsuliyyətə cəlb edilməsini, həmçinin Rusiyanı Ukraynaya vurduğu bütün ziyanı kompensasiya etməyə məcbur edilməsini” tələb edir.
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.