Xəbər axtarın

Son axtarış nəticələri:

Xarici diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət ediblər - FOTO

01.05.2026 14:18

Xarici diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət ediblər - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xocalıya səfərdən sonra Xankəndi şəhərinə gəliblər. Qonaqlar Xankəndi şəhərində ilk olaraq Zəfər meydanı və Zəfər parkını ziyarət ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, səfər çərçivəsində Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatlara, Zəfər parkında yaradılan şərait, həyata keçirilən abadlıq və quruculuq işləri, eləcə də parkın simvolik və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib.

Bildirib ki, bu park Azərbaycanın tarixi Qələbəsini və qəhrəman şəhidlərin əziz xatirəsini əbədiləşdirən mühüm məkan kimi yaradılıb. Zəfər parkının təməli Prezident İlham Əliyev tərəfindən qoyulub.

Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb.Zəfər parkı Xankəndinin ictimai həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin rəmzi hesab olunur. Qonaqlar, bölgədə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihələr barədə də məlumatlandırılıb.

Paylaş: