
Paytaxtın Suraxanı rayonu, Aeroport şosesində Hava limanı istiqamətinə yol-nəqliyyat hadisəsi baş verib.
Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.