Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün Laçında Həkəri çayının sahilində olublar. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, burada diplomatlar yerli təbiətin gözəlliyini qiymətləndirə biliblər. 62 ölkədən olan diplomatlar daha sonra “Laçın Aqro-Sənaye Parkı”nda olublar.
Səudiyyə Ərəbistanı hökuməti Qarabağdakı infrastruktur layihələrində iştirak imkanlarını nəzərdən keçirir. Primeinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli jurnalistlərə bildirib.
Diplomatik korpus nümayəndələri Laçın rayonunda səfərdədir.
lkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
“NomadMania” klubunun rəhbəri Harry Mitsidis-in başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində növbəti dayanacağı Laçın şəhəri olub. Primeinfo.az xəbər verir ki, səyyahlar “Yurd Qalareyası” və “Gilabi Ceramics” mərkəzində yerli əl işləri ilə tanış olublar, həmçinin şəhərdə aparılan bərpa-quruculuq işlərinə baxış keçiriblər. Qeyd edək ki, səfərdə 37 ölkədən 79 nəfər iştirak edir və bu, indiyədək bölgəyə gələn ən böyük səyyah qrupudur.
Bu gündən Bakıdan Laçına müntəzəm avtobus reysi fəaliyyətə başlayıb.
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil edilir.
Doğma yurduna yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə şəhərə 69 nəfərdən ibarət 17 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir.
Laçında idarəetmədən çıxan yük maşını aşıb. Primeinfo.az xəbər verir ki, hadisə Laçın-Şuşa yolunun 10-cu kilometrliyində qeydə alınıb. Hadisə səbəbindən yolda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.