Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün Laçında Həkəri çayının sahilində olublar. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, burada diplomatlar yerli təbiətin gözəlliyini qiymətləndirə biliblər. 62 ölkədən olan diplomatlar daha sonra “Laçın Aqro-Sənaye Parkı”nda olublar.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xocalıya səfərdən sonra Xankəndi şəhərinə gəliblər. Qonaqlar Xankəndi şəhərində ilk olaraq Zəfər meydanı və Zəfər parkını ziyarət ediblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, səfər çərçivəsində Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatlara, Zəfər parkında yaradılan şərait, həyata keçirilən abadlıq və quruculuq işləri, eləcə də parkın simvolik və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib.
Diplomatların şəxsi baqajına dair gömrük güzəşti ləğv edilir Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları, diplomatik heyətin üzvləri və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarının gömrük baxışından azad olunması ilə bağlı norma ləğv edilir. Həmçinin layihəyə əsasən, xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin inzibati-texniki heyəti və həmin əməkdaşlar, eləcə də onlarla birlikdə yaşayan ailə üzvləri (Azərbaycan vətəndaşı olmadıqda və ya ölkədə daimi yaşamadıqda) şəxsi istifadə üçün malları gömrük ödənişlərindən azad şəkildə ölkəyə gətirə bilərlər.