Laçın və Kəlbəcərdə yanğınlara iki helikopter cəlb olundu - YENİLƏNİB - VİDEO
Kəlbəcər və Laçın rayonlarında yanğın dağlıq ərazilərdə mürəkkəb relyefli ərazidədir.
Kəlbəcər və Laçın rayonlarında yanğın dağlıq ərazilərdə mürəkkəb relyefli ərazidədir.
Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.
Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti işlərinin 2026-cı ildə başlaması nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib. O, həmçinin Yeni Qorçu qəsəbəsində artıq söküntü işlərinə başlanıldığını və gələn ildən orada da tikinti prosesinin start götürəcəyinə ümid etdiklərini bildirib.
Laçın rayonunun Qorçu qəsəbəsində ilkin olaraq söküntü işlərinə start verilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov deyib. O bildirib ki, ümumilikdə 319 yararsız tikilinin söküntüsü həyata keçirilir: “Söküntü işlərinin iki ay ərzində tamamlanması planlaşdırılır.
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası keçirilib. Primeinfo.az xəbər verir ki, tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankı və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub. Hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin qanla təminatına yardım məqsədilə təşkil olunan aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Laçın şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Primeinfo.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 86 nəfər köçürülüb.