Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Hikmət Hacıyev

Hikmət Hacıyev Almaniya XİN-in dövlət katibi ilə görüşüb

Hikmət Hacıyev Almaniya XİN-in dövlət katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın Xarici İşlər nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə görüş keçirib. Primeinfo.az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında məlumat verib. “Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə regional məsələləri, regionda sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən konnektivlik layihələrini müzakirə etdik.

Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb - FOTO

Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb. Qeyd edilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub: “Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır”.

Hikmət Hacıyevdən Azərbaycan nümayəndə heyətinin Nyu-York səfəri ilə bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən Azərbaycan nümayəndə heyətinin Nyu-York səfəri ilə bağlı PAYLAŞIM

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Nyu-Yorkda BMT Baş Məclisinin 80-ci sessiyasının açılışında iştirak edən nümayəndə heyətinin Vətənə qayıdışı ilə bağlı paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşımda deyilir: “27 Sentyabr – Anım Günü Vətənimiz Azərbaycanda! Uçuş marşrutu: Nyu-York-Gəncə!”