Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.
“Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada səfərdə olan Prezident İlham Əliyevə qazax milli geyimini hədiyyə edib. Primeinfo.az həmin görüntüləri təqdim edir: [video width="848" height="480" mp4="https://cdn.primeinfo.az/2025/10/video5458720059587331221.mp4"][/video]
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 21-də mətbuata bəyanatlarla çıxış ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub.
Qazaxıstanda Prezident İlham Əliyevin şərəfinə baş tutan ziyafətdə “Tut ağacı” mahnısı səsləndirilib. Primeinfo.az xəbər verir ki, mahnı qazax ifaçısı tərəfindən oxunub. İfa qonaqların xüsusi marağına səbəb olub.
TRIPP layihəsi mütləq reallaşdırılacaq. Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.
Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.