
Azərbaycan Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş sözlərlə əlaqədar özünün X səhifəsində paylaşım edib.
Primeinfo.az xəbər verir ki, paylaşımda deyilir:
“Əziz Robert, Azərbaycan haqqında söylədiyiniz həqiqi və dəyərli fikirlərə görə Sizə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm. Slovakiyaya səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirirəm və Sizi tezliklə Bakıda görməyi səbirsizliklə gözləyirəm”.
Thank you dear Robert for your true and valuable words about Azerbaijan. I highly value our partnership, once again thank you for hospitality during my visit to Slovakia and looking forward to seeing you in Baku soon.
— Ilham Aliyev (@presidentaz) May 10, 2026