Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Türkiyənin Balıkəsir vialyətinin Manyas qəsəbəsinə bağlı Salur məhəlləsində bir pilotsuz uçuş aparatı (PUA) boş bir əraziyə düşüb. Primeinfo.az xəbər verir ki, bölgədə işləyən fermerlər tərəfindən tapılan PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib. Məlumata görə, PUA-nın düşdüyünü görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildiriblər.
Türkiyə Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-nın Rusiya mənşəli kəşfiyyat və müşahidə PUA-sı olduğunu təsdiqləyib.
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) bir hissəsini zərərsizləşdirsə də, bəzi PUA-lar hədəflərinə zərbə endirməyə nail olub.
Ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə vasitələri ölkə regionları, eləcə də Azov və Qara dənizlərin akvatoriyaları üzərində 94 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, ələ keçirilərək məhv edilən PUA-lardan 31-i Krasnodar diyarı, 22-si Rostov vilayəti, 10-u Voronej vilayəti, 8-i Saratov vilayəti, 8-i Azov dənizinin akvatoriyası, 8-i Qara dənizin akvatoriyası, 4-ü Volqoqrad vilayəti, 3-ü isə Bryansk vilayəti üzərində vurulub.
Türkiyənin Milli Müdafiə Nazirliyi Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatının (PUA) F-16 qırıcıları tərəfindən vurularaq zərərsizləşdirildiyini açıqlayıb. Primeinfo.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, Qara dəniz üzərindən Türkiyənin hava məkanına yaxınlaşan naməlum hava hədəfi aşkar edilərək mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb. Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib.
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 77 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Saratovda 42, Rostovda 12, Krımda 10, Volqoqradda 9, Belqorodda 2, Həştərxan və Qara dəniz suları üzərində isə 1 PUA zərərsizləşdirilib.
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 136 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rostovda 46, Saratovda 30, Krımda 29, Qara dəniz suları üzərində 12, Bryanskda 6, Volqoqradda 5, Voronej, Azov dənizi üzərində və Moskvada 2, Kursk və Kaluqada isə 1 PUA zərərsizləşdirilib.
Rusiya ordusunun Ukraynanın İzmail limanına PUA zərbələri nəticəsində Türkiyə bayrağı altında üzən mülki gəminin göyərtəsində yanğın baş verib.
Türkiyə, C-130 karqo təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə işləri üçün bölgəyə Akıncı Hücum Tipli Pilotsuz Uçuş Aparatı (PUA) göndərib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, PUA yaxın saatlarda axtarışlara qoşulacaq. Qeyd edək ki, Akıncı PUA 2024-cü ildə İran prezidentinə məxsus təyyarənin qəzaya uğraması zamanı da xilasetmə əməliyyatlarında istifadə olunub və qalıqların tapılmasında mühüm rol oynayıb.