Rumıniya Qalaç şəhərində yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və alyansın baş katibini məlumatlandırıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Məlumata görə, Buxarest pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.
Rusiya Silahlı Qüvvələri mayın 26-na keçən gecə Ukraynaya iki “İsgəndər-M” ballistik raketi, 122 zərbə və imitasiya pilotsuz uçuş aparatı ilə hücum edib. Primeinfo.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələri 111 dron vurub, hazırda hücum davam edir. Məlumata görə, iki “İsgəndər-M” ballistik raketi Rusiyanın Rostov vilayətindən və işğal altında olan Krımdan buraxılıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Dafra bölgəsində yerləşən “Baraka” atom elektrik stansiyasında pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində elektrik generatorunda yanğın baş verib. Primeinfo.az “Al-Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, hadisə regionda ciddi rezonans doğurub. Əbu-Dabi əmirliyinin Media Ofisindən verilən rəsmi açıqlamada bildirilir ki, yanğın AES-in daxili perimetrindən kənarda qeydə alınıb.
Ukrayna Rusiya ordusunun hərəkətlərinə cavab olaraq Rusiya ərazisinə uzunmənzilli zərbələri gücləndirəcək. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram sosial şəbəkəsində yazıb. V.Zellenski Ukrayna Silahlı Qüvvələrinin bu cür zərbələrini “uzaqmənzilli sanksiyalar” adlandırıb: “Bu, rusiyalıların etdiklərinə tamamilə ədalətli cavabımızdır.
Rusiyanın Stavropol diyarında yerləşən strateji kimya müəssisəsi – EuroChem holdinqinə daxil olan “Nevinnomıssk Azot” zavodunun növbəti dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı bildirilir. Primeinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları hücumu təsdiqləsə də, zavodun zərər görməsi barədə rəsmi məlumat verməyib. Stavropol diyarının qubernatoru Vladimir Vladimirov bildirib ki, hava hücumundan müdafiə qüvvələri Nevinnomıssk yaxınlığında PUA hücumunun qarşısını alıb, “yer üzərində dağıntı və xəsarət alan yoxdur”.
Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytin hava məkanında pilotsuz uçuş aparatları (PUA) aşkarlanıb. Primeinfo.az xəbər verir ki,BƏƏ Müdafiə Nazirliyi bu gün Hava Hücumundan Müdafiə (HHM) Qüvvələrinin İrandan buraxılan iki PUA-nı ələ keçirdiyini açıqlayıb. Küveyt Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bu gün ölkənin hava məkanında bir neçə düşmən PUA-sı aşkarlanıb və müəyyən edilmiş prosedurlara uyğun şəkildə cavab tədbirləri görülüb.
Moskvanın Şeremetyevo hava limanı təyyarələrin qəbulunu və uçuşunu dayandırıb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən aeroportdan rəsmi məlumat verilib. Açıqlamada müvəqqəti məhdudiyyətlərin “Xalça” planının elan edilməsi ilə əlaqədar olduğu bildirilib.
Son üç gün ərzində Moskva üzərində vurulan Ukrayna pilotsuz uçuş aparatlarının sayı 26-ya çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yer alıb. Bildirilib ki, 2-4 may tarixlərində Moskva səmasında 26 Ukrayna PUA-sı vurulub.
Rusiyanın Krasnodar vilayətinin əsas kurort şəhərlərindən olan Tuapsedə Ukrayna PUA-larının endirdiyi zərbələr nəticəsində başlanan yanğınlar davam edir. Şəhərdəki neft emalı zavodu və neft məhsullarının daşındığı limana son iki həftədə 4 hücum olub. Rusiya HHM sistemləri bu hücumların qarşısını almaq, Fövqaladə Hallar Nazirliyi strukturları isə yanğınları vaxtında söndürmək qabiliyyətində deyilər.
“Hizbullah” İsrailin şimalında yerləşən hərbi obyektə bir sıra pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Bildirilib ki, hücum Yaara kəndi ərazisində yerləşən hərbi mərkəzə edilib.