Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: PUA

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Zelenski: Rusiya yenidən Ukraynadakı nüvə obyektinə zərbə endirib

Zelenski: Rusiya yenidən Ukraynadakı nüvə obyektinə zərbə endirib

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının (AES) ətrafındakı xüsusi əraziyə yenidən zərbə endirib. Primeinfo.az-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə teleqram kanalında yazıb. “Şahed” PUA-sı vacib infrastruktur obyekti olan işlənmiş nüvə yanacağı üçün mərkəzləşdirilmiş saxlama kompleksinin binalarından birinə zərbə endirib.

Türkiyə yeni silahlarını dünyaya nümayiş etdirdi - VİDEO

Türkiyə yeni silahlarını dünyaya nümayiş etdirdi - VİDEO

Türkiyənin müdafiə sənayesi nəhəngi “ASELSAN” şirkəti “DRONEDEF” kompleksinin uğurlu sınaqları barədə məlumat yayıb. Primeinfo.az xəbər verir ki, sınaqlar zamanı “İHTAR”, “EJDERHA” sistemləri və “GÖKBERK” lazer kompleksi bir neçə pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib. Sözügedən sistemlərdən “İHTAR” alçaqdan uçan FPV dronlarının aşkarlanması və izlənilməsinə cavabdehdir.

Sankt-Peterburq dronların kütləvi zərbəsinə məruz qalıb

Sankt-Peterburq dronların kütləvi zərbəsinə məruz qalıb

Rusiyanın Sankt-Peterburq şəhəri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb. Primeinfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov sosial şəbəkələrdə məlumat yayıb. “İyunun 6-sı səhər saatlarında Peterburq PUA-ların genişmiqyaslı hücumuna məruz qalıb.

PUA hücumundan sonra İtaliya bu ölkəyə qoşun GÖNDƏRİR

PUA hücumundan sonra İtaliya bu ölkəyə qoşun GÖNDƏRİR

İtaliya Silahlı Qüvvələri Rumıniyadakı hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, “La Repubblica” qəzetinin yaydığı məlumata görə, rumıniyalı hərbçilərin təlim proqramında iştirak etmək üçün bölgəyə təxminən 100 hərbi qulluqçu və bir neçə qırıcı təyyarə göndəriləcək. Hərbi əməliyyatın iyunun 15-də başlayacağı və ən azı bir ay davam edəcəyi gözlənilir.